Azərbaycan əhalisi 1 ayda geyimə 1 milyard manata yaxın pul xərcləyib

11:49 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 377.1 milyon manat dəyərində məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə toxuculuq sənayesində 11.4 faiz artım, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 8.8 faiz, geyim istehsalında isə 12.3 faiz azalma müşahidə olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində toxuculuq məhsulları, geyim və ayaqqabılara 6 milyard 448.8 milyon manat vəsait xərclənib, bu da illik müqayisədə 5.2% artım deməkdir.

Bu ilin təkcə oktyabr ayında isə toxuculuq məhsulları, geyim və ayaqqabılara 965.1 milyon manat xərclənib.

Bütün xəbərlər