Banklar valyuta hərracında tələbi 74,4% artırıb

12:37 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, noyabrın 28-də valyuta hərracında bankların tələbi $68,2 mln təşkil edib və tam təmin edilib. Bu, ötən hərracdan $29,1 mln və ya 74,4% çoxdur.

Hərracın yekunlarına əsasən manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Noyabrın 23-də keçirilən valyuta hərracında AMB banklara $39,1 mln satıb.

Bütün xəbərlər