Bir ayda əhali bu avadanlıqlara 2 milyard manatdan çox pul xərcləyib

14:15 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar oktyabr aylarında ölkədə 136,7 milyon manatlıq elektrik avadanlıqları istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, bu da illik müqayisə ilə 7,8% çoxdur.

Bundan başqa 224,4 milyon manatlıq mebel istehsal olunub ki, bu göstərici son bir ildə 9,5% çoxdur.

Pərakədəndə ticarət şəbəkəsində elektik malları və mebellerə əhali 2 milyard 259 milyon manat vəsait xərcləyib. Bu illik müqayisədə 4% çoxdur.

Son bir ay ərzində isə bu məshullara 214,9 milyon manat vəsait xərclənib. Bu da aylıq müqayisədə 10,5% çoxdur. 

 

Bütün xəbərlər