Naxçıvanda bir məktəbi 4 milyon manata tikəcəklər

14:25 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Naxçıvan MR Təhsil Nazirliyi “Construction Business Group” MMC ilə təxminən 4 milyon manatlıq müqavilə bağlayıb.

ABC.AZ xəbər verir ki, müqavilədə Naxçıvan M.R. Babək rayonu Hacıvar kənd 456 şagird yerlik tam orta məktəbin tikintisi işlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 3.685.447,29 AZN-dir.

Bütün xəbərlər