“Çıraq” platformasından hasil edilən neft və qazın həcmi açıqlanıb

14:35 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundakı “Çıraq” platformasından bu ilin birinci yarısı üçün ümumi hasilat gündə orta hesabla 23 min barel təşkil edib.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, istismara veriləndən bu günədək “Çıraq” platformasından 104 milyon tondan artıq neft və 24 milyard kubmetrə yaxın qaz hasil edilib.

Qeyd edək ki, AÇG blokundan ilk neft 1997-ci ilin noyabrında “Çıraq” yatağından əldə edilib. “Azəri-Çıraq-Dərinsulu Günəşli” Xəzər dənizinin Azərbaycan sektorunda ən iri neft-qaz yataqlar bloku hesab olunur və Bakıdan təxminən 100 km şərqdə yerləşir. Yataqlar blokunun ehtiyatı 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman 511 milyon ton həcmində təxmin edilib. Sonradan isə bu göstərici 1,072 milyard ton proqnozlaşdırılıb.

 

Bütün xəbərlər