Azərbaycanda bu şəxslərin əmək müqaviləsi ilə bağlı dəyişiklik edilir

14:52 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda deyib.

O qeyd edib ki, hazırda bütün kolleclərin rəhbər vəzifələri doludur və onlar da bundan sonra işləri davam etdirəcək.

Ülkər Səttarovanın sözlərinə görə, gələcəkdə kimsə işdən müəyyən səbəblərə görə ayrıla bilər: “Sadəcə bundan sonra kollec rəhbərlərinin əmək müqaviləsi bizim agentliklə imzalanacaq. Bu istiqamətdə hüquqşünas və mütəxəssislərimiz iş görür”.

 

Bütün xəbərlər