Arpaçay” yatağının bir hissəsi 28 min 500 manata satıldı

15:10 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən yerin təkinin istifadəyə verilməsi üzrə auksion keçirilib. 

ABC.AZ xəbər verir ki, Şərur rayonu ərazisində yerləşən “Arpaçay” çınqıl-qum qarışığı yatağından ayrılmış sahə (6,3 ha) auksiona çıxarılıb.

Keçirilmiş auksionda ən yüksək qiymət təklifi ilə “Gəmiqaya Beton Məmulatları Kompleksi” MMC 28 min 500 manat məbləğlə auksionun qalibi olub.