Azərbaycan Türkmənistana $25.4 milyonluq almünium kabel satıb

15:27 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Azərbaycan bu il Türkmənistana kabellər ixrac edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2023-cü ilin ilk 9 ayında Orta Asiya ölkəsinə 8 666 tonluq 25.38 milyon dollarlıq alüminiumdan polad içlikli elektrik izolyasiyasız eşilmiş məftil, tros və kabellər ixrac edib.

Kabellərin bir tonu Türkmənistana $2 928-ə ixrac edilib.

Xatırladaq ki, Azərbaycanda kabel istehsalı Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodunda istehsal olunur.

Bütün xəbərlər