15:44 - 28.11.2023
28 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan və Türkmənistan arasında ticarət dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 88%-dən çox, son 2 ildə isə təxminən 10 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir qeyd edib ki, ticarət əlaqələrinin təşviqi müsbət nəticələr verir: “Türkmənistan-Azərbaycan biznes forumunda ölkələrimizin işgüzar dairələrini bu dinamikanın dayanıqlı olmasına töhfə verməyə, qarşılıqlı investisiya layihələrini dəyərləndirməyə və fəal əməkdaşlığa dəvət etdik”.
19 Mart 2025
19 Mart 2025
19 Mart 2025