“Azrose” MMC kapitalını artırır

16:05 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. “Azrose” Məhdud Məsuliyyətli Cəmiyyət nizamnamə kapitalını 10 min manat artırır.

ABC.AZ xəbər verir ki, “Azrose” MMC-nin nizamnamə kapitalı 18 460 000 manatdan 18 470 000 manata qədər artırılır.

Xatırladaq ki, AzRose Qəbələ Layihəsi 2018-ci ildə istifadəyə verilib. Yüksək Texnologiyalar avadanlıqları ilə təchiz olunmuş kompleksdə kəsmə Qızılgüllər yetişdirilməkdədir.