Sus kəndinə qayıdışın təşkili ilə bağlı görüş keçirilb

16:51 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Laçın rayonunun Sus kəndinin bir qrup sakini ilə görüşüb.

ABC.AZ-ın məlumatına görə, qeyd olunub ki, Sus kəndinin tikintisi davam edir, sakinlərin ehtiyaclarının qiymətləndirilməsi üçün sorğu keçirilir və qayıdışın səmərəli təşkili ilə bağlı müəyyənləşdirilmiş digər tədbirlər icra olunur.

Qəbulda iştirak edən sakinlər kənd sakinlərinin mütləq əskəriyyətinin doğma yurda qayıtmağa hazır olduğunu bildirib.