Ukrayna Azərbaycandan bu məhsulun alışını artırıb

17:14 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Hazırda müharibə şəraitində olan Ukrayna ötən üç rüb ərzində Azərbaycandan tərəvəz məhsullarının alışını artırıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycan ilin ilk 9 ayında Ukraynaya 5 450 tonluq ($1 607 min) kartof, 6 758 ton ($2 072 min) soğan, 860 ton ($239 min) yerkökü ixrac edib.

Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin artımdır. Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan Ukraynaya  1 413 ton ($561 min) kartof,  850 ton ($240 min) soğan və  cəmi 35 ton yerkökü ($12 min) satmışdı.

Ümumilikdə Ukraynaya 14 111 tonluq ($4 464 min) tərəfəz ixrac edilib.