4 şirkətə qarşı dələduzluq edən şəxsə hökm oxundu

17:23 - 28.11.2023


28 noyabr, Fineko/abc.az. Bakıda 4 şirkətə qarşı dələduzluq etməkdə təqsirləndirilən Azər Hüseynova hökm oxunub.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Hökumə əsasən, A.Hüseynov 8 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, prokuror Rauf Malışov təqsirləndirilən şəxsin 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Hüseynov Azər Həsən oğlu Qarabağ “İnşaat” MMC, “Supersement” QSC, “Lidersement” QSC və “Caspian Energy Group” MMC və digər xırda şirkətlərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirib.

O, ümumilikdə 300 min manatlıq dələduzluqda ittiham edilib.

Eyni zamanda A.Hüseynov şirkətlərlə yanaşı Babək Alıyev, İqdam Qasımov və Fuad Hüseynova qarşı da dələduzluq edib.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsilə ittiham irəli sürülüb.

 

Bütün xəbərlər