Ölkədə rəqəmsallaşma, internetlə ödənişin həcmi artır - Mərkəzi Bankın baş direktoru

10:54 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Son zamanlar insanlar mobil ödənişlərə, internet vasitəsi ilə ödənişlərə üstünlük verirlər.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bank və Visa təşkilatının birgə təşkilatçılığı ilə "Ödənişlırin təhlükəsizliyi və kibertəhlükəsizlik" mövzusunda keçirilən təlimdə Mərkəzi Bankın Baş Direktoru Fərid Osmanov bildirib.

O qeyd edib ki, ötən illə müqayisədə nağdsız ödənişlər iki dəfə artıb. "Bu da onu göstərir ki, artıq insanlar nağdsız ödənişlərə üstünkük verirlər. İnsanların belə ödənişlərə maraq göstərməsi ölkədə rəqəmsallaşmanın həcminin artımına şərait yaradır.  Təbii ki, rəqəmsallaşma riskləri də özündə formalaşdırır. Belə ki, dələduzların əsas məlumatları ələ keçirməsi problemlərə səbəb olur. Biz bununla bağlı hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edirik. Həmçinin, Mərkəzi Bank mütəmadi olaraq sosial çarxlar hazırlayır və onların yayımını həyata keçirir. Bu istiqamətdə medianın da dəstəyi danılmazdı, sizin sayənizdə məlumatlar insanlara daha tez çata bilər və insanlar dələduzluq tələsindən daha çox sığortalana bilər" -deyə F.Osmanov bildirib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər