SOCAR-ın Türkmənistanda nümayəndəliyi açılıb

10:55 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Aşqabadda Dövlət Neft Şirkətinin (SOCAR) Türkmənistandakı nümayəndəliyinin açılışı olub.

ABC.AZ SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, açılış mərasimində SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşaviri Aşırqulu Beqliyev, SOCAR-ın prezidenti Rövşən Nəcəf və iki ölkənin səfirləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, SOCAR-ın Aşqabadda nümayəndəliyinin açılması Türkmənistanla uzunmüddətli fəaliyyətin möhkəmləndirilməsinə, ölkələrimizin enerji sektorunda ortaq maraqlarının reallaşmasına inamın təzahürüdür.

Bütün xəbərlər