Azərbaycanın “AzVirt” şirkəti Serbiyada sürətli avtomobil yolu inşa edəcək

11:17 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Serbiyada Azərbaycanın “AzVirt” şirkəti tərəfindən Şabac şəhəri yaxınlığında 15,4 kilometr uzunluğundakı “Slepçeviç-Badovinçi” sürətli avtomobil yolunun tikintisinə başlanılıb.

ABC.AZ xəbər verir ki, avtomagistralın təməlqoyma mərasimində Serbiya Prezidenti Aleksandar Vuçiç, dövlət rəsmiləri, Azərbaycanın Serbiyadakı səfiri Kamil Xasiyev və “AzVirt” şirkətinin Belqraddakı nümayəndələri iştirak ediblər.

Layihə çərçivəsində dörd yolayrıcı, beş körpü və dörd yerüstü kəsişmənin inşası planlaşdırılır.