İon Sterian: Biz enerji təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycandan qaz idxal edirik

11:38 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. “Biz enerji təhlükəsizliyimizi təmin etmək üçün Azərbaycandan, Xəzər dənizi regionundan birbaşa qaz idxal edirik”.

ABC.AZ Azərtac-a istinadla xəbər verir ki, bunu Rumıniyanın “TransGaz” şirkətinin direktoru İon Sterian  bildirib.

Onun sözlərinə görə, Rumıniya Moldovanı da qazla təmin etməklə Avropanın mərkəzi-şərq bölgəsində çox mühüm rol oynayır.

İ. Sterian qeyd edib ki, artıq ölkə Rusiya qazından asılı deyil və bir neçə təchizatçı vasitəsilə Moldovaya da təbii qaz nəql edir: “2021-ci ilin yanvarından Trans-Balkan dəhlizində qaz tranziti dayanıb, lakin Rumıniya alternativ həll yolları tapıb”.

İon Sterian Azərbaycandan, Xəzər dənizi regionundan, Türkiyə və Yunanıstanda LNG terminallarından birbaşa qaz idxalı üçün dəhlizin yaradılmasını xüsusi qeyd edib.

“Bolqarıstan və Yunanıstan arasında interkonnektorun işə düşməsi, 3 milyard kubmetr qaz həcmində mümkün olan qarşılıqlı əlaqə ölkənin enerji təhlükəsizliyini daha da gücləndirib”, - deyə “TransGaz” şirkətinin direktoru vurğulayıb.

Bütün xəbərlər