Nağdsız ödənişlərin ağıllı cihazlarla həyata keçirilməsini təşviq edirik - Mərkəzi Bank rəsmisi

11:50 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda POS-terminallar vasitəsilə ödənişlərdə ağıllı cihazlardan istifadə 27 % olub.

ABC.AZ xəbər verir ki, bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin böyük mütəxəssisi Rəşad Qasımov media nümayəndələri üçün təşkil olunan "Ödənişlərin təhlükəsizliyi və kibertəhlükəsizlik" adlı təlimdə çıxışında bildirib.

O qeyd edib ki, əvvəllər məqsədimiz nağd ödənişlərin kart ödənişləri ilə əvəz olunması üçün vətəndaşlar arasında maarifləndirici tədbirlər aparmaq idisə, hazırda nağdsız ödənişlərin kart olmadan, yəni ağıllı cihazlar vasitəsilə həyata keçirilməsini təşviq etmə işlərini artırmışıq. "Bu, vətəndaşların ödənişlər zamanı kart məlumatlarının oğurlanması ehtimalının, fırıldaqçılıq hallarının qarşısını almaqda əhəmiyyətli rol oynayır", - deyə R. Qasımov bildirib.

Müəllif: Elmir Murad