Samirə Musayeva: "Vergilərin 96 %-i könüllü ödənilir"

12:30 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Azərbaycanda vergilərin 96 %-ə yaxını dövlət büdcəsinə könüllü ödəmə şəklində daxil olur.

ABC.AZ Reporta istinadla xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bildirib.

O, sahibkar-dövlət münasibətlərində etimadın artdığını qeyd edərək, nəticə etibarilə vergi öhdəliklərinin könüllü yerinə yetirilməsində müsbət dinamikanın olduğunu vurğulayıb. Vergi rəsmisi qeyd edib ki, son vaxtlar aparılan inzibatçılıq və qanunvericilik islahatları vergi öhdəliklərinə əməletmənin asanlaşmasına şərait yaradıb, qeyri-neft sektoru üzrə büdcəyə vergi daxilolmalarının artım tempi qeyri-neft ÜDM-nin artım tempini üstələyib.