Suqovuşan‒Kəlbəcər‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulmasına 4,5 mln. manat ayrılıb

14:08 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Prezident İlham Əliyev “Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, otuz üç kilometr uzunluğu olan Suqovuşan‒Kəlbəcər (9 km)‒Ağdərə‒Ağdam avtomobil yolunun yenidən qurulması məqsədilə 4,5 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bütün xəbərlər