Avropa Mərkəzi Bankı: Süni intellekt işlərə deyil, maaşlara təsir göstərir

14:29 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Avropa Mərkəzi Bankının dərc etdiyi araşdırmada süni intellektin sürətlə mənimsənilməsinin iş yerlərinin itirilməsinə deyil, maaşların azalmasına səbəb olacağı bildirilib.

ABC.AZ xəbər verir ki, Avropa Mərkəzi Bankının süni intellektin istifadə edildiyi sektorlarda məşğulluq payının artdığına diqqət çəkən araşdırmasında, aşağı və orta ixtisaslı işlərin böyük ölçüdə təsirlənmədiyi açıqlandı.

Digər tərəfdən, süni intellektin qazanclara "neytral və ya bir qədər mənfi təsirləri" olduğu və bu təsirlərin arta biləcəyi qeyd edilib.