Huawei SpaceX-ə rəqib oldu: İnternet sürəti ilə Starlink-i keçdi

14:41 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Huawei inkişaf etdirdiyi peyk internet xidmətini sınaqdan keçirdiyi araşdırmada 660 Mbps yükləmə sürətinə çataraq Starlink-i geridə qoydu.

ABC.AZ xəbər verir ki, İlon Maska məxsus SpaceX-in peyk internet xidməti Starlink-ə yeni rəqib peyda olub.

Starlink-in əldə etdiyi sürət sonuncu dəfə 600 Mbit/s civarında ölçüldü. Buna görə Huawei, ən son testi ilə Starlink-i geridə qoydu.

Huawei şirkətinin 6G simsiz laboratoriyasının baş alimi Vanq Jun bu nəticələri Çinin Çonqinq şəhərində keçirilən Aerokosmik İnformasiya Sənayesi Beynəlxalq Ekosistem Tədbirində paylaşıb.

Şirkət bu yaxınlarda Huawei Mate 60 Pro-ya sabit peyklərə qoşulma xüsusiyyətini təqdim edib.

 

Bütün xəbərlər