Ötən illə müqayisədə MDB ölkələrindən Azərbaycana gələnlərin sayı 49.6 faiz artıb

15:42 - 29.11.2023


29 noyabr, Fineko/abc.az.     Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana Çindən gələnlərin sayı 7.3 dəfə, Cənubi Koreyadan – 3.5 dəfə, Türkmənistandan – 2.7 dəfə, Polşadan – 2.0 dəfə, Hindistandan – 2.0 dəfə, Qazaxıstandan – 1.9 dəfə, Tacikistandan – 1.8 dəfə, Misirdən – 1.8 dəfə, Qırğızıstandan – 1.8 dəfə, Bəhreyndən – 1.7 dəfə, Filippindən – 1.7 dəfə, İtaliyadan – 1.6 dəfə, İspaniyadan – 1.6 dəfə, Moldovadan – 1.5 dəfə, Belarusdan – 1.5 dəfə, Özbəkistandan – 1.5 dəfə, Rusiya Federasiyasından – 45.8 faiz, Kanadadan – 42.7 faiz, ABŞ-dan – 39.4 faiz, Gürcüstandan – 30.5 faiz, Niderlanddan – 29.4 faiz, Küveytdən – 27.3 faiz, İsraildən – 27.2 faiz, Fransadan – 26.9 faiz, Böyük Britaniyadan – 25.7 faiz, Almaniyadan – 22.0 faiz, Türkiyədən – 20.3 faiz, Ukraynadan – 11.1 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 10.0 faiz artıb. Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata əsasən, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 49.6 faiz artaraq 692.6 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41.9 faiz artaraq 89.6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 7.4 faiz azalaraq 284.7 min nəfər olub.