15:54 - 29.11.2023
29 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72.1 faizi hava, 26.6 faizi dəmir yolu və avtomobil, 1.3 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a daxil olan məlumata əsasən, 2022-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 27.1 faiz artaraq 1545.2 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1.5 dəfə, Gürcüstana gedənlərin sayı 31.6 faiz, Türkiyəyə gedənlərin sayı 20.7 faiz artmış, İrana gedənlərin sayı 13.9 faiz azalmışdır. Ölkə vətəndaşlarının 44.3 faizi Türkiyəyə, 21.3 faizi Rusiya Federasiyasına, 9.0 faizi Gürcüstana, 7.5 faizi İrana, 17.9 faizi digər ölkələrə səfər edib. Gedənlərin 65.2 faizini kişilər, 34.8 faizini qadınlar təşkil edib. 2023-cü ilin yanvar-oktyabr aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68.2 faizi hava, 29.3 faizi dəmir yolu və avtomobil, 2.5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024