“Bitcoin”in məzənnəsi 38 000 dolları keçdi

16:08 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. Bu gecə, noyabrın 29-da “Bitcoin”in məzənnəsi 38 000 dolları keçərək 38.390 dollara çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, illik maksimumdur. Sonuncu rekord 2022-ci ilin mayında qeydə alınıb və 38.28 min dollar olub.

İl ərzində kriptovalyutanın məzənnəsi demək olar ki, 133% artıb.

Bununla belə, kriptovalyuta 10 noyabr 2021-ci ildə qeydə alınan tarixi maksimumdan (69 min dollar) hələ çox uzaqdır.

Noyabrın 10-dan etibarən “Bitcoin” 35 600-38 200 dollar arasında ticarət olunur. Böyümə üzrə lider həm də “Solana” tokenidir (SOL) – gün ərzində artım 8.3% təşkil edib. Sonrakı pillələrdə “Dogecoin” (DOGE) – 4.5%, “Cardano” (ADA) – 3.5%, “TRON” (TRX) – 2.6% yer alıb.