Toyota” bir ayda bu qədər maşın satıb

16:19 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. “Toyota” hesabatını dərc edib. ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, hesabatda korporasiyanın oktyabr ayında beynəlxalq istehsal və satış həcmində rekord göstəriciyə nail olduğu qeyd edilib.

Hesabata əsasən, ötən ay korporasiyanın istehsal həcmi 900 min avtomobil təşkil edib. Bu da 2022-ci ilin analoji dövrü ilə müqayisədə 16.7 faiz çoxdur. Eyni zamanda, oktyabr ayı üzrə satış həcmi 7 faiz artaraq 890 min avtomobilə çatıb. Müvafiq müsbət tendensiya əsasən Avropa və Şimali Amerika avtomobil bazarlarında “Toyota” məhsullarına tələbatın artması ilə izah olunur.

2022-ci ildə “Daihatsu” və “Hino” törəmə kompaniyaları ilə birgə 10.48 milyon avtomobil satan “Toyota” korporasiyası ardıcıl olaraq üçüncü ildir ki, dünya üzrə avtomobil satışında birinci yeri tutur.