Gömrük Komitəsi “Prior Leasing”i cərimələyir

16:49 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. “Prior Leasing” ASC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi yazılıb.

Dövlət Gömrük Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, tərtib etdiyi protokol Nərimanov Rayon Məhkəməsinə göndərilib, işə baxan hakim Vüsal Qurbanovdur.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Bütün xəbərlər