Naxçıvan şəhərinin baş planı hazırlanır - Sosial mənzillər tikiləcək

17:24 - 29.11.2023


29 noyabr, Fineko/abc.az. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası paytaxtımızın və bölgələrimizin simasını dəyişəcək, inkişafına böyük stimul olacaq. Naxçıvanda inşa olunan binaların funksionallığı və memarlıq işi lazımi səviyyədə olmayıb. Bu nöqsanların aradan qaldırılması məqsədilə hazırda Naxçıvan şəhərinin baş planı hazırlanır”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İlqar Sadiqov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Naxçıvan şəhərinin baş planı sonuncu dəfə ötən əsrin 80-ci illərində hazırlanıb: “Naxçıvan şəhərində ən vacib məsələlərdən biri olan topoqrafik sxemlərin çəkilişi ilə bağlı ciddi bir iş aparılıb. Bu iş Kartoqrafiya İnstitutu tərəfindən həyata keçirilib və hazırda əlimizdə bu topoqrafik sxemlər mövcuddur. Naxçıvan şəhərinin baş planının hazırlanması istiqamətində zəruri addımlardan biri sosial mənzillərin inşasıdır. Dövlət proqramında əhalinin mənzil alışının yaxşılaşdırılması məqsədilə yaşayış kompleksləri inşa olunacaq. Bu məqsədlə şəhər ərazisində müvafiq torpaq sahələrinin ayrılmasına başlanılıb”.