Azərbaycan İKT məhsullarının ixracı üzrə haba çevrilməyi planlaşdırır

10:29 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Azərbaycan hökuməti ölkənin İKT məhsullarının ixracı üzrə haba çevrilməsi üçün işlər aparır.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”nin açılış mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib.

“İKT məhsullarının ixracı üzrə habla yanaşı, “outsorsing hub”, innovasiya habı və biznes habı istiqamətində də tədbirlər görülməlidir. Adətən, biznes habına əhalisi çox olan bir çox ölkələr habına çevrilir. Amma Azərbaycanda əhalisinin az olması, ölkənin dünya okeanına birbaşa çıxışının olmaması səbəbindən bizə innovasiya habına çevrilmək daha sərfəlidir. Bu baxımdan beynəlxalq icmanı da cəlb etməliyik, bunun üçün isə hüquqi bazamız olmalıdır. İnnovasiya habının bir neçə əsas kompanenti var. Bunlar bazara ədalətli çıxışın təmin edilməsi, qanunun aliliyi, mədəniyyətin, müxtəlifliklə bağlı düşüncə tərzinin formalaşması, lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır”, – deyə o qeyd edib.