10:42 - 30.11.2023
30 noyabr, Fineko/abc.az. Amerikanın “General Motors” şirkəti 10 milyard dollar dəyərində səhmlərin geri alınmasını elan edib.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal”da məqalə dər edilib.
Qeyd edilib ki, bu, son dövrlərin ən böyük geri alınma olacaq. Bildirilir ki, qiymətli kağızların ümumi sayı yekun hesablaşmalardan sonra müəyyən ediləcək.
“General Motors” həmçinin 2023-cü il üçün mənfəət proqnozunu bərpa edib və gələn ilin əvvəlindən öz pay dividendlərini 33% artırmaq niyyətindədir. Abvtomobil konserni bildirib ki, səhmdarlara aid olan xalis gəlirin 9.1-9.7 milyard dollar olacağı gözlənilir. Şirkət illik əməliyyat mənfəətinin 11.7-12.7 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. Noyabrın 29-da Nyu-York Fond Birjasında premarketdə şirkətin səhmləri 9.42% bahalaşaraq 31.61 dollar olub.
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024
11 Oktyabr 2024
10 Oktyabr 2024
10 Oktyabr 2024