Azərbaycanda 3 milyondan çox adam “Trendyol”da alış-veriş edir - Erdem İnan

11:30 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Biz inanırıq ki, bu il “InMerge Innovation Summit” innovasiyanın gələcəyə doğru növbəti addımı olacaq. Hamımız bilirik ki, innovasiya yenilik və rahatlıq gətirir. Bu il biz “Trendyol” olaraq Azərbaycanda “PAŞA Holding” ilə əməkdaşlığa başlamışıq.

ABC.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bunu "InMerge Innovation Summit"də çıxışı zamanı Türkiyənin “Trendyol Group” şirkətinin direktoru Erdem İnan deyib.

O, “PAŞA Holding” ilə Azərbaycanda bir sıra layihələr planlaşdırdıqlarını qeyd edib.

"Bizim Azərbaycanda “PAŞA Holding” ilə 6 aylıq əməkdaşlığımız nəticəsində 3 milyondan çox istifadəçimiz var. Biz bu rəqəmi daha da böyütməyi planlaşdırırıq. Həmçinin ABAD-la əməkdaşlığa başlayırıq. Biz rəqəmsal iqtisadiyyatın ekosisteminə inanırıq. Bu sahədə güvənli əlaqələrin qurulması və dayanıqlı inkişaf edən əməkdaşlıq çox önəmlidir", - deyə Erdem İnan əlavə edib.

 

Bütün xəbərlər