Azərbaycan əhalisinin yarısından çoxu "Trendyol"dan alış-veriş edir

11:50 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. "Trendyol" Azərbaycanda 5,3 milyon aktiv alıcıya nail olub.

ABC.AZ Marja-ya istinadən xəbər verir ki, bunu Bakıda keçirilən "İnmerge" İnnovasiya Sammitində çıxışı zamanı "Trendyol Group"un Baş direktoru Erdem İnam bildirib.

"Azərbaycan vətəndaşları "Trendyol"dan çox sayda mallar almaqdadırlar. Biz Azərbaycandan 5,3 milyon aktiv alıcıya nail olmuşuq. Bu, qarşımızda olan yolun yalnız başlanğıcıdır", - o çıxışında deyib.

Qeyd edək ki, Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdən bir qədər çoxdur.

 

Bütün xəbərlər