Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaradılacaq

12:20 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi Bakıda Rəqəmsal İmkanlar Mərkəzi yaratmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev Bakıda keçirilən “İnMerge İnnovasiya Sammiti”ndə bildirib.

“Mərkəz şirkətlərimizə məhsuldarlığını və rəqabət qabiliyyətliliyini artırmaq üçün innovasiyaları və prosesləri rəqəmsallaşdırmaqda kömək edəcək. Eyni zamanda, novatorlarımız Mərkəzdə rəqəmsal yeniliklərini nümayiş etdirə biləcək. Biz həmçinin bütün rəqəmsallaşdırma və innovasiya prosesində şirkətlərimizə kömək edəcək inteqrasiya olunmuş dəstək proqramını işə salmağı planlaşdırırıq. İnnovasiyanı bir proses kimi gördüyümüz üçün konsepsiyadan inkişafa və inkişafdan tətbiqə qədər bütün prosesdə sahibkarlarımızın və yenilikçilərimizin yanında olacağıq" – deyə o qeyd edib.