Azərbaycana təkliflər paketi vermişik - Ararat Mirzoyan

14:19 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan münasibətlərin normallaşması prosesini irəli aparmaq üçün Azərbaycana təkliflər paketinin verildiyini deyib.

ABC.AZ-ın məlumatına görə, bunu A.Mirzoyan ATƏT-ə üzv ölkələrin XİN başçıları Şurasının Şimali Makedoniyanın Skopye şəhərində keçirilən toplantısı çərçivəsində Fransanın Avropa məsələləri üzrə dövlət naziri Lorens Bunla görüşdə bildirib.

Məlumata görə, nazirlər Cənubi Qafqazda təhlükəsizlik və sabitlik məsələləri, mövcud çağırışlar ətrafında fikir mübadiləsi aparıblar.

Onlar Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşaması istiqamətində atılan addımlardan da danışıblar.