19.5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib - Baş Prokurorun müavini

14:32 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Bu il 19.5 milyon manatdan çox vəsaitin büdcəyə ödənilməsi təmin edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Prokurorun müavini Heydər Məmmədov Bakıda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, cari ilin ilk on ayı ərzində prokurorluq orqanlarının apardığı istintaq tədbirləri nəticəsində istintaqı tamamlanmış cinayət işləri üzrə ümumi ziyan olan 19 564 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib:

“Eyni zamanda son üç il ərzində qeyri-aşkar şəkildə törədilmiş 35 qəsdən adamöldürmə cinayətinin üstü açılıb”.

Bütün xəbərlər