Ən dəyərli brendlərin reytinqi hazırlanıb - Siyahı

15:09 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Beynəlxalq konsaltinq şirkəti olan “Interbrand” 2023-cü il üçün dünyanın ən dəyərli brendləri ilə bağlı yeni hesabatını açıqlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ardıcıl 11-ci ildir ki, birinci yerdə dəyəri 0.5 trilyon dolları keçən “Apple” brendi qərarlaşıb. “Apple”dan sonra “Microsoft” (316.6 milyard dollar), “Amazon” (276.9 milyard dollar) və “Google” (260.2 milyard dollar) gəlir.

Texnologiya brendləri arasında “Samsung” da ilk onluqdadır - Koreya şirkətinin brend dəyəri 91.4 milyard dollardır.

Hesabatda yer alan bütün brendlər 3.3 trilyon dollar dəyərindədir. Bununla belə, dəyərin artım tempi nəzərəçarpacaq dərəcədə azalıb: bu il 5.7%, keçən il isə 16% olub.

Bu il siyahıya iki Çin şirkəti daxil olub. HUAWEI və “Xiaomi” müvafiq olaraq 87 və 92-ci yerləri tutublar. Şirkətlərin dəyəri 7.2 milyard və 6.5 milyard dollar dəyərindədir.

Bütün xəbərlər