Dünyanın ən bahalı şəhərlərinin reytinqi açıqlanıb - Siyahı

15:40 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Sinqapur və Sürix dünyanın ən bahalı şəhərləri seçilib.

ABC.AZ-ın məlumatına görə, bu barədə "Economist Intelligence Unit”in (EIU) hesabatında qeyd edilib.

Reytinqdə sözügedən şəhərləri Cenevrə, Nyu-York və Honkonq izləyir. Sinqapur müxtəlif kateqoriyalar üzrə yüksək qiymət səviyyəsinə görə son 11 ildə doqquzuncu dəfə reytinqə başçılıq edir.

Avtomobil nömrələrinə hökumətin sərt nəzarəti səbəbindən şəhər-dövlət dünyada ən yüksək nəqliyyat qiymətlərinə malikdir. Geyim, ərzaq və spirt baxımından da ən bahalı şəhərlər sırasındadır.

İsveçrə frankının gücü və ərzaq məhsulları, məişət əşyaları və əyləncələrin yüksək qiymətləri Sürixi ən bahalı yerlər arasında zirvəyə çıxarıb.

Cenevrə və Nyu-York üçüncü, Honkonq beşinci, Los-Anceles isə altıncı yerdə qərarlaşıb.

Asiyanın şəhərlərində qiymətlər ucuzlaşıb. Çinin Nankin, Vuxi, Dalian və Pekin şəhərləri, eləcə də Yaponiyanın Osaka və Tokio şəhərləri reytinqdə ən çox geriləyən şəhərlər sırasında olub.

Bütün xəbərlər