15:50 - 30.11.2023
30 noyabr, Fineko/abc.az. Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər. Hazırda parlamentin 15 komitəsi var.
Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
5 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024
3 Dekabr 2024