Aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2% artıb

16:07 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayı dərc edilib.

ABC.AZ sözügedən icmala istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-oktyabr ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 9,2% artıb.

Statistik dəyəri artan aqrar-sənaye məhsulları bununla da 733,8 milyon ABŞ dolları təşkil edib.

Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 162,7 milyon ABŞ dolları təşkil edib.

Bütün xəbərlər