Pomidor ixracımızda ikinci yerdədir - Siyahı

16:24 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (348,1 milyon ABŞ dolları) birinci olub.

ABC.AZ xəbər verir ki, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında öz əksini tapıb.

Qeyd edilib ki, sözügedən siyahıda pomidor (tomat) (126,1 milyon ABŞ dolları) ikinci, qızıl (118,7 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər