Son 10 ayda Azərbaycan daha çox hansı ölkələrə ixrac həyata keçirilib?

16:34 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkələrin adlarını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında qeyd edilib.

Bildirilib ki, sözügedən dövrdə Rusiya Federasiyasına 881,4 milyon ABŞ dolları, Türkiyəyə 675,9 milyon ABŞ dolları, Gürcüstana 266,3 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 129,8 milyon ABŞ dolları, Qazaxıstana isə 84,2 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Bütün xəbərlər