Cari ilin oktyabr ayında Azərbaycanın qeyri-neft ixracı 15,4% artıb - Hesabat

16:46 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Cari ilin oktyabr ayının qeyri-neft ixracı 15,4% artaraq 278,2 milyon ABŞ dolları olub.

ABC.AZ-ın məlumatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayında qeyd edilib.

Bəhs olunan icmalda bildirilib ki, yeyinti məhsulları üzrə ixrac 24,1% artımla 90,6 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 11,6% artımla 187,7 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (94,1 milyon ABŞ dolları) birinciliyə yüksəlib.

Bu siyahıda Türkiyə (44,1 milyon ABŞ dolları) ikinci və Gürcüstan (26 milyon ABŞ dolları) üçüncü  olub.

 

 

Bütün xəbərlər