Bakı Neft Emalı Zavodu bağlanır?

16:59 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. SOCAR Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətini növbəti planlı təmir üçün 2024-cü ildə dayandıracaq.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə “SOCAR Downstream Management” MMC-nin baş direktoru Emil Alxaslı Sənaye Təhlükəsizliyi Zirvəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdə SOCAR-ın ölkə daxilində yerləşən zavodları, xüsusilə də Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, neft-kimya istehsalı müəssisələri hər il təmir üçün dayandırılırdı.

“Məqsədimiz bu müddəti daha da uzatmaqdır”, – Emil Alxaslı vurğulayıb.

Bütün xəbərlər