Noyabrda ən çox iixrac həyata keçirən Azərbaycan şirkətləri - Reytinq

17:08 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi “İxrac icmalı”nın noyabr sayı dərc edilib.

ABC.AZ-ın məlumatına görə, “İxrac icmalı”nın noyabr sayında qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-oktyabr aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib. Bu aylar üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda Şirinov Elvin Valeh oğlu, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” QSC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “Best Logistik” MMC,  “STP Global Cable” MMC, “My Fruit” MMC, “P-Aqro” MMC, “Mors Trading” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC yer alıb. 

Müəllif: Elmir Murad

Bütün xəbərlər