“Azərenerji” ATSC dövlətə məxsus şirkətlərin ixrac reytinqində birinci yerdədir - Siyahı

17:15 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Noyabrda qeyri-neft sektoru üzrə iən çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərin reytqinqində ilk yerdə “Azərenerji” ATSC başçılıq edir.

ABC.AZ "İxrac İcmalı"nın noyabr sayında dərc edilən reytinqə əsasən, siyahıda ikinci yerdə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi qərarlaşıb. Növbəti sıralarda isə “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti gəlir.

Müəllif: Elmir Murad