Tesla “Cybertruck”ın təqdimatını keçirəcək - Foto

17:18 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. Tesla bu gün Futuristik Cybertruck elektrik pikapının satışına həsr olunmuş tədbir keçirəcək.

ABC.AZ xəbər verir ki, Bakı vaxtı ilə saat 00:00-da Tesla-nın qurucusu İlon Mask pikapların açarlarını ilk alıcılara təqdim edəcək.

“Cybertruck”ın özəlliyindən biri bundan ibarətdir ki, gövdəsi paslanmayan poladdan hazırlanıb. Maskın sözlərinə görə, polad əzilmələrə davamlıdır və güllə keçirməzdir. Bildirilmişdir ki, “Cybertruck”ın yükqaldırma qabiliyyəti 3500 funt (təxminən 1588 kq), baqaj bölməsinin həcminin isə 100 kub fut (təxminən 2832 litr) təşkil edəcək.

Şirkət iddia edir ki, avtomobildə altı nəfər yerləşə bilər.

“Cybertruck”ın salonu, böyük 17 düymlük sensor ekranı olan geniş interyer ilə fərqlənir.


Bütün xəbərlər