"Vosmoy Bazarı" fəaliyyətini dayandırır?

17:25 - 30.11.2023


30 noyabr, Fineko/abc.az. “8-ci km Ticarət Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edir.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ 1119 Bakı şəhəri, Nizami rayonu, C.Naxiçavanski küçəsi, ev 38 K ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 1 031 082 manatdır və qanuni təmsilçisi Rufat Məmmədovdur.