OPEC+ alyansına daha bir ölkə qoşulur

10:11 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Braziliya 2024-cü ilin yanvarından OPEC+ alyansına qoşula bilər.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə neft ixrac edən ölkələr təşkilatının  onlayn iclasında bildirilib.

İclasda qeyd edilib ki, qara qızıl istehsalını fəal şəkildə artıran sözügedən ölkə alyansın 24-cü üzvü olacaq.

Daha əvvəl OPEC+ alyansının üzvləri 2024-cü ilin əvvəlində gündəlik hasilatın 2 milyon barel azaldılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, Rusiya neft hasilatını gündəlik yarım milyon barel azaltmağa, Səudiyyə Ərəbistanı isə neft hasilatını könüllü olaraq gündəlik 1 milyon barel azaltmaq qərarını uzadıb.

Bütün xəbərlər