Dünya üzrə milyarderlərin sayı artıb

10:25 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Dünya üzrə milyarderlərin sayı 2022-2023-cü illər arasında 7 faiz artaraq 2376-dan 2542-yə, sərvətləri isə 9 faiz artaraq 11 trilyon ABŞ dollarından 12 trilyon ABŞ dollarına yüksəlib.

ABC.AZ xəbər verir ki, bu barədə İsveçrənin “Milyarderlərin 2023-cü il üçün ambisiyaları” adı ilə dərc olunan hesabatda qeyd edilib.

Hesabata əsasən, son 10 ildə ən çox sərvət sahibləri innovativ texnologiya və səhiyyə şirkətləri olan milyarderlər olublar.

Məlum olub ki, ötən il sərvət toplayan milyarderlərin əksəriyyəti bunu sahibkarlıq yolu ilə deyil, miras yolu ilə əldə ediblər:

“Bu, növbəti 20 ildə daha çox qarşılaşa biləcəyimiz mövzudur, çünki mindən çox milyarder öz övladlarına təqribən 5,2 trilyon ABŞ dolları köçürür”.