"Vasmoy Bazar"ının bağlanması barədə iddialara aydınlıq gətirildi

10:46 - 1.12.2023


1 dekabr, Fineko/abc.az. Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi” fəaliyyətini davam etdirir.

ABC.AZ-ın məlumatına görə, bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev deyib.

Onun sözlərinə görə, bazarın bağlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

İ.Mehdiyev bildirib ki, sadəcə olaraq “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişir  və buna görə də bazar bundan sonra “8-ci km Ticarət Mərkəzi” adı altında fəaliyyət göstərməyəcək.

“Bazar bundan sonra yeni adla fəaliyyət göstərəcək və hazırda yeni adı ilə bağlı məsələlər müzakirə olunur”, – İ.Mehdiyev əlavə edib.